Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvan Muxtar Respublikasının stadionunda “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəlib.
 
Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə “Qəbələ”nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib.
 
Beləliklə, “Qarabağ” ardıcıl ikinci mövsümü “qızıl “dubl”la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.
 
Oyunu 12 minədək tamaşaçı izləyib.
 
RePost.Az

Baxış sayı: 3428 | Tarix: 05.05.2017
Bizi Telegramda izləyin: @repostaz