Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan insanlar 45-50 yaşlı qadını küçədə qan içində görüb dərhal polisə və təcili tibbi yardıma müraciət ediblər. Həmin qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
 
Araşdırmalarla müəyyən edilib ki, bıçaqlanan qadın paytaxt sakini, 1968-ci il təvəllüdlü Rıbinskaya Olqadır. O, həmin küçədə yerləşən doqquzmərtəbəli binanın zirzəmisində Abbasov Valeh Kamal oğlu tərəfindən bıçaqlanıb.
 
Bildirilir ki, həmin şəxslər arasında dava düşüb və qadın qaçarkən V.Abbasov onun kürəyinə bir neçə bıçaq zərbəsi endirib.
 
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3884 | Tarix: 10.05.2017
Bizi Telegramda izləyin: @repostaz