Cəzaçəkmə müəssisəsinə məhkum üçün gətirilən sovqatın içindən narkotik maddə çıxıb.


RePost.Az xəbər verir ki, Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, yəni silahdan istifadə etməklə xuliqanlıq etməkdə təqsirləndirilərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salmanov Vüsal Ağabəy oğluna gətiruilən sovqata baxış keçirilib.

Onun xalası oğlu Mənafov İbrahim Dadaş oğlunun gətirdiyi bişmiş ətin içində gizlətdiyi sellofan bükülülərdə çəkisi 0.942 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.


Baxış sayı: 2725 | Tarix: 30.05.2017
Bizi Telegramda izləyin: @repostaz