Azərbaycanda “Formula-1” yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan “Qran Prisi” ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Bakı Şəhər Halqasından RePost.Az-a verilən məlumata görə, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.
 
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
RePost.Az

Baxış sayı: 5005 | Tarix: 02.06.2017
Bizi Telegramda izləyin: @repostaz