Suriyada vətəndaş müharibəsi getdiyi bir ərəfədə paytaxt Dəməşqdə Ramazan ayı münasibəti ilə yerli şirkətlərin məhsullarından ibarət “Made In Syria” festivalı keçirilib. 
 
RePost.Az Suriya mətbuatına istinadən verdiyi məlumata görə, Suriya Prezidenti Bəşər Əsədin festivala qatılması hər kəsin təəccübünə səbəb olub. Maraqlıdır ki, Suriya Prezidenti tədbirə tək, piyada və cangündənsiz gəlib. Ticarət Mərkəzlərinin birində keçirilən festivalda Dəməşq və ətraf şəhərlərdəki şirkətlərin məhsulları təqdim olunub. Ticarət Mərkəzini gəzən Bəşər Əsəd yerli məhsullara baxış keçirib, sadə vətəndaşlarla görüşüb, onlarla selfi çəkdirib.
 
RePost.Az
 

Baxış sayı: 2858 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz