Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


RePost.Az  lent.az-a istinadən xəbər verir ki, Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail" markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, hadisə saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.

Faktla bağlı araşdırma aparılır. 


Baxış sayı: 2231 | Tarix: 10.06.2017
Bizi Telegramda izləyin: @repostaz