Türkiyənin Qaziantep bölgəsində yerləşən alış-veriş mərkəzlərindən birində atışma olub.

RePost.Az
xəbər verir ki, ticarət mərkəzinin qarşısında 2 nəfər naməlum şəxs bayram alış-verişi edən insanlara atəş açıb.

Motosikletli şəxslər xüsusilə insanların çox olduğu giriş və çıxışlarda ov tüfəngindən dəfələrlə atəş açıblar.

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılar içərisində 25 yaşlı Tülay Gülderen başından aldığı güllə yarasından xəstəxanada həyatını itirib.


Baxış sayı: 3827 | Tarix: 21.06.2017
Bizi Telegramda izləyin: @repostaz