Ərdəbil öyrənciləri pulsuz təhsil hüququndan məhrum edilib.

RePost.Az GünAz.TV-yə istinadən xəbər verir ki, bunu Mühəqqiq Ərdəbili Universitetinin rektoru Qudərz Sadiqi iyunun Meşginşəhr Ali Təlim-Tərbiyə Şurasının keçirdiyi iclasda bildirib. Ərdəbildə yalnız bir dövlət universitetinin fəaliyyət göstərdiyini deyən rektor, bölgənin bu sahədədə ayrıseçkiliklə üzləşdiyini deyib.

“İranın digər əyalətlərində durum tamamilə fərqlidir. Məsələn Fars Əyalətində 11 dövlət universiteti fəaliyyət göstərir, əslində bir çox əyalət belə imkana malikdir. Ərdəbildə isə Ali Təhsil Nazirliyinin tabeliyində olan heç bir dövlət universiteti fəaliyyət göstərmir”- deyə Qüdərz Sadiqi əlavə edib.

RePost.Az


Baxış sayı: 3599 | Tarix: 23.06.2017
Bizi Telegramda izləyin: @repostaz