Güney Azərbaycanın Təbriz şəhərində  divarlara müvəqqəti olaraq saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, posterlərin əksəriyyəti ərəb əlifbası ilə türk dilində yazılıb. Bəzi yerlərdə ingilis dilində yazılmış posterlərə də rast gəlinir. Azərbaycanlı milli-mədəni fəallar, Həbib Sasaniyanın qanunsuz həbs olunmasını pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edirlər. Xatırladaq ki, Həbib Sasaniyan, saxlanılmasına etiraz olaraq 14 gündür aclıq aksiyasına başlayıb.

RePost.Az


Baxış sayı: 3105 | Tarix: 26.06.2017
Bizi Telegramda izləyin: @repostaz