Bakıda bir nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə,  FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

 


Baxış sayı: 2478 | Tarix: 04.07.2017
Bizi Telegramda izləyin: @repostaz