Bakıda marşrut avtobusu ağır qəza törədib.

RePost.Az Lent.az-a istinadən xəbər verir ki, ötən axşam saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 2782 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz