Bakı Metropoliteninin “Nizami” stansiyasında gənc qız intihara cəhd edib. 

RePost.Az Lent.az-a istinadən  xəbər verir ki, qatar platformaya yaxınlaşarkən 18-20 yaşlı qız insanların arasından qəfil çıxaraq özünü relsin üstünə atıb. Dərhal yaxınlaşmaqda olan qatar hərəkətini dayandırıb, relslərə verilən gərginlik xəttdən ayrılıb. Polis əməkdaşları həmin qızı çıxararaq idarəyə aparıblar.  Araşdırmalar zamanı məlum olub ki, özünü öldürmək istəyən şəxs paytaxt sakini, 1998-ci il təvəllüdlü Nərmin Muradovadır. Onun əsəblərinin yerində olmadığı müəyyən edilib.

RePost.Az


Baxış sayı: 2744 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz