Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib.
 
RePost.Az-ın məlumatına görə, Putin bu barədə “Sirius” təhsil mərkəzinin yetirmələri ilə söhbət zamanı deyib.
 
“Bildiyiniz kimi, mən fəaliyyətimə xarici kəşfiyyat orqanlarında başlamışam. Həmin zaman mən “Platov” ləqəbindən istifadə edirdim. Bizim işimizdə bu vacib idi”, – dövlət başçısı qeyd edib.
 
Rusiya prezidenti bildirib ki, hazırda hansısa bir təxəllüsdən istifadə onun üçün mənasızdır.
 
“Əlbəttə ki, mən özümə heç bir “nik” seçməzdim, sadəcə öz adımdan istifadə edərdim. Bu hər kəs üçün normaldır, hansısa “nik” arxasında gizlənmək nəyə lazımdır?”, – Putin deyib.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 21.07.2017
Bizi Telegramda izləyin: @repostaz