İyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsindəki “Ulduz” restoranında baş vermiş yanğının görüntüləri yayılıb.

RePost.Az
xəbər verir ki, həmin yanğınla bağlı görüntüləri Virtualaz.org saytının Şirvan bürosu əldə edib. 

Bakı-Astara avtomobil yolundan keçən sərnişinlərin, hətta əcnəbi müsafirlərin də ən çox dayandığı bu məkanda yanğının baş verməsi sosial şəbəkələrdə geniş marağa səbəb olub. Məhz bunu nəzərə alaraq həmin görüntünü təqdim edirik.

Qeyd edək ki, hadisə nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub.

Restoranını tikililəri bərpa olundanadək müştərilərə həyətdə qurulan çadırlarda xidmət göstərilir. Maraqlıdır ki, köhnə müştərilər hətta yerdə oturmalı olsalar belə, yenə “Ulduz”un xidmətindən istifadə edirlər..

RePost.Az

Faktla bağlı araşdırmalara başlanılıb.

 


Baxış sayı: 2782 | Tarix: 23.07.2017
Bizi Telegramda izləyin: @repostaz