Amerikada yaşayan keçmiş aparıcı Aynur Talıbova qəzaya düşüb.


RePost.Az xəbər verir ki, bu barədə Talıbovanın özü sosial şəbəkədə məlumat verib.

O, avtomobilinin fotosunu izləyiciləri ilə bölüşüb, başına gələn hadisə ilə bağlı paylaşım edib:

“Mərdimazarı axtarmaqla deyil, özü gəlib bir şəkildə tapır səni. Saatda 30 kilometr sürətlə hərəkət edərkən arxadan 120 kilometr sürətlə “uçan” nəşəli bir qarabala bu paylaşımı görən, eşidən nə qədər sayda “qələm sahibi”ni xoşbəxt elədiyinin fərqində deyil...Buyurun, sevinin, “Əcəb oldu”, deyin”.



Qeyd edək ki, A. Talıbova ilə Ləman Ələşrəfqızı bir neçə gün bundan əvvəl sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib. 


Baxış sayı: 4112 | Tarix: 31.07.2017
Bizi Telegramda izləyin: @repostaz