ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

RePost.Az-ın  apa-ya istinadən verdiyi məlumata görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə.Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.


Baxış sayı: 5043 | Tarix: 31.07.2017
Bizi Telegramda izləyin: @repostaz