Türkiyənin keçmiş sənaye və ticarət naziri Ayhan Çilingiroğlunun qızı Ümit Makbule Çilingiroğlu özünü qaldğı 5 ulduzlu mehmanxananın 19-cu mərtəbəsindən ataraq intihar edib.

RePost.Az
 xəbər verir ki, onun meyitini İstanbulun Beşiktaş rayonundakı lüks otellərdən birinin məsul şəxsləri aşkar ediblər.

Məlumata görə, heç bir psixoloji problemi olmayan Ümit Makbule Çilingiroğlunun intiharının səbəbi araşdırılır. O, 1966-cı il noyabrın 24-də Vaşinqtonda anadan olub. Ayhan Çilingiroğlu 1930-cu ildə doğulub. O, Türkiyədə və beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə işləyib. 1971-ci ildə Türkiyənin sənaye və ticarət naziri olub. O, Dünya Bankında da müşavir işləyib.


RePost.Az
Mənbə: Report


Baxış sayı: 2801 | Tarix: 03.08.2017
Bizi Telegramda izləyin: @repostaz