Bakıda marşrut avtobusunda dava-dalaş olub.
 
RePost.Az lent.az-a istinadən verdiyi məlumata görə, hadisə 20-ci sahə - Ələt marşrutu üzrə sərnişin daşıyan 195 saylı marşrut avtobusunda qeydə alınıb.
 
1982-ci il təvəllüdlü Aynurə Aslanova polisə şikayət edərək bildirib ki, qohumu, 28 yaşlı Adışirin Aslanov avtobusda ona hücum edərək döyüb.
 
Qadının müraciəti əsasında araşdırma aparılır.

Baxış sayı: 2782 | Tarix: 07.08.2017
Bizi Telegramda izləyin: @repostaz