Türkiyənin şərqində Van vilayətidə zəlzələ baş verib.

RePost.Az xəbər verir ki, yeraltı təkanların 4,4 bal gücündə olduğu bildirilib.

Zəlzələnin səhər saatlarında - yerli vaxtla 04:58-də 5 kilometr dərinlikdə qeydə alındığı barədə məlumat verilib.

Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, 2011-ci ildə Vanda zəlzələ nəticəsində 600-a yaxın adam həlak olmuşdu.


Baxış sayı: 3295 | Tarix: 09.08.2017
Bizi Telegramda izləyin: @repostaz