Göygöldə iki qadın qətlə yetirilib.
 
RePost,Az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində baş verib. Belə ki,  kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
RePost,Az

Baxış sayı: 2782 | Tarix: 17.08.2017
Bizi Telegramda izləyin: @repostaz