Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
 
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
 
Hazırda onun axtarışları davam etdirilir.
 
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. 
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 18.08.2017
Bizi Telegramda izləyin: @repostaz