Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).
 
Lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. RePost.Az virtualaz.org-a istinadən bildirir ki, aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, "potensial sərnişin" avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının "ən yaxşı ənənələr"inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.
 
Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir.
 
Ümid edirik ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Aidiyyəti qurumlar da bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.
 
Tapançalı sərnişinin danışıqlarından məlum olur ki, ("Məni tanımırsan, dvoreç..." - red.) hadisə Bakıxanov qəsəbəsində baş verib və bu, onun birinci hadisəsi deyil. 
 
 RePost.Az


Baxış sayı: 2193 | Tarix: 18.08.2017
Bizi Telegramda izləyin: @repostaz