Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Hadisə Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb.
 
Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 21.08.2017
Bizi Telegramda izləyin: @repostaz