Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatına görə, bütün dünya üzrə maaş artımı son dörd ildə ən aşağı həddə olub. RePost.az  RİA-ya istinadən xəbər verir ki, sənəddə əmək haqlarının əsasən 2008-2009-cu illərdən başlayaraq enməyə başladığı və bu göstəricinin 2015-ci ildə 1.7- 2.5% təşkil etdiyi qeyd olunur.
 
"Müəllim və həkimlərin maaşları artırılsın!"
 
BƏT-in hesabatına görə, keçən il Avropada əmək haqqı göstəricisi, Rusiya və Ukraynada maaşların aşağı olması səbəbindən 5,2% azalıb. 2013-2015-ci illər ərzində Rusiyada orta aylıq əmək haqqı, milli valyuta ilə 29 792 rubldan 33 981 rubla qədər olub ki, bunu da yalnız ali təhsilli mütəxəssislər ala biliblər. Ekspertlərin fikrincə, insanların real maaşı isə göstəriləndən daha aşağı formada olub. Rusiyadakı gender bərabərsizliyi burada da özünü göstərib, belə ki, aşağı maaş alanların 70%-i qadınlardır. Hesabat müəllifləri iddia edirlər ki, normal maaş, yalnız dünyanın inkişaf etmiş ölkələrində mövcuddur. G20 ölkələrində orta əmək haqqı son dörd ildə 0,2%-dən 1,7%-ə kimi artıb. Ən böyük artım isə ABŞ-da qeydə alınıb - 2,2%. Bu göstərici Avropa Birliyi ölkələrində 1,9%-ə bərabər olub. BƏT hesab edir ki, əmək haqlarının bu həddə qalması hələ də sual altındadır. Ancaq onun daha aşağı həddə düşməsi iqtisadiyyata mənfi təsir göstərən riskli addımdır.
 
RePost.az

Baxış sayı: 3112