Yevlaxda qadın qızı ilə birgə intihara cəhd edib.

Hadisə rayonun Kövər kəndində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Baxış sayı: 3162 | Tarix: 25.08.2017
Bizi Telegramda izləyin: @repostaz