Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə hər kəs 10 yaşlı Amilin axtarışına çıxmışdı. Amma iki gün əvvəl axşam Amil barəsində şad xəbər alındı. Balaca uşaq evlərinə qayıdıb, valideynlərinin yanındadır. Bəs uşağı belə bir addım atmağa nə vadar edib? Belə bir vəziyyətdə valideynlər nə etməlidir?
 
RePost.az  xezerxeber.az-a istinadən bildirir ki, Arzu Abbasovanın 10 yaşlı övladı Amil Abbasov günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və geri qayıtmayıb.
 
İtkin düşən Amil həmin gün axşam saatlarında evlərinə geri dönüb. O, atasının onu döyəcəyindən qorxaraq evə gəlmədiyini deyir. Amilin sözlərinə görə, atasından qorxması nəticəsində iki gün bir avtomobilin içində qalıb və ətrafda olan taksi sürücüləri onu evə gətirib.
 
Amilin anasının sözlərinə görə isə evdə uşaqların heç birinə qarşı şiddət tətbiq olunmur. Sadəcə olaraq uşağın niyə belə bir addım atması hələ də onlara müəmmalı qalıb.
 
Psixoloqlar isə belə vəziyyətlərdə valideynlərin daha diqqətli olmalı olduğunu bildirirlər. Ekspertlərin sözlərinə görə, uşaqların atdığı hər bir addımın cavabdehi valideynlərdir. Ona görə uşaqları düzgün tərbiyələndirmək və istiqamətləndirmək lazımdır ki, sonu acı nəticə ilə bitməsin.
 
RePost.az
 

Baxış sayı: 3010 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz