Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 
 
RePost.Az-ın report-a istinadən məlumatına görə, "Hyundai" markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 
 
Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 06.09.2017
Bizi Telegramda izləyin: @repostaz