Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
RePost.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
 
İlkin məlumata görə, “Prado” markalı avtomobil idarəetməni itirərək “Subaru” markalı maşına dəyib.
 
“Subaru” yoldan çıxaraq yolun əks tərəfində hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”də olan şəxslərdən ikisi dünyasını dəyişib. Daha iki nəfər isə xəsarət alıb.
 
Qeyd edək ki, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
 
O, qəza nəticəsində yüngül xəsarət alıb. 
 
Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Salamnews" yayıb.
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 07.09.2017
Bizi Telegramda izləyin: @repostaz