İspaniyanın Barselona şəhərində minlərlə insan Kataloniyanın milli bayramı olan Diada günündə müstəqillik nümayişinə çıxıb.

RePost.Az xəbər verir ki, 1714-cü ildə baş verən Varislik Müharibəsində Barselonanın ispanlar tərəfindən fəth edilməsi və bölgənin müstəqilliyini itirməsi katalonlar tərəfindən Diada adı altında milli gün kimi qeyd edilir.

Madrid hökumətinin qadağan etdiyi müstəqillik referendumundan 3 həftə öncə Barselonada yığışan katalonlar tarixi hadisəyə işarə etmək üçün yerli vaxtla 17:14-də nümayişə başlayıblar.

İspaniyanın iqtisadi problemləri, ölkənin şimal-şərqindəki əyalətdə yaşayan 7.5 milyonluq Katalon nüfuzunun daha varlı olduğu və daha çox vergi ödədiyi qənaəti Madrid hökumətindən ayrılmaq fikrini gündəmə gətirmişdi.

 

Belçika böyüklüyündə bir əyalət olan Kataloniyanın öz dili və mədəniyyəti var. Yerli rəhbərlik təhsil və səhiyyə kimi önəmli mövzularda mərkəzi hökumətdən nəzərəçarpacaq dərəcədə fərqli siyasət yeridir.

Madrid hökuməti isə 1 oktyabr üçün planlaşdırılan referendumun konsitutsiyaya zidd olduğunu bildirir. İspaniyalı hakimlər Katalon rəhbərlərinə referendum və müstəqillik tələbi ilə bağlı məhkəmə işi açıb, referendum haqqında xəbərlər dərc edən mətbəələr isə polisin hücumuna məruz qalıb. (publika.az)


Baxış sayı: 2725 | Tarix: 12.09.2017
Bizi Telegramda izləyin: @repostaz