Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.
 
RePost.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.
 
Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.
 
Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.
 
RePost.Az

Baxış sayı: 17051 | Tarix: 13.09.2017
Bizi Telegramda izləyin: @repostaz