Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, hadisə “İnşaatçılar” metrostansiyasının yanında qeydə alınıb.
 
39 saylı sərnişin avtobusu metrostansiyanın yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.
 
Sürücü hadisə yerindən qaçıb. Hazırda hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım cəlb olunub.
 
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 14.09.2017
Bizi Telegramda izləyin: @repostaz