İraq Kürdistanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani heç nəyə baxmayaraq, sentyabrın 25-də referendumun baş tutacağını açıqlayıb. “Rudaw” xəbər verir ki, Duhok bölgəsinin Amedi qəsəbəsində referendumla bağlı dəstək tədbiri keçirilib.
 
M.Bərzani kürd xalqını heç kəsi dinləməməyə çağırıb: “Kənardakılar deyil, yalnız Kürdüstan xalqı referenduma qanunilik qazandıracaq, Bu səbəbdən heç kəsin sözünü dinləməyin, referenduma gedirik”.
 
Qeyd edək ki, M.Bərzani sentyabrın 25-də İraq Kürdistanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir. Türkiyə və ABŞ M.Bərzanini referendumu ləğv etməyə, bəzi Qərb dövlətləri isə təxirə salmağa çağırıb.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 15.09.2017
Bizi Telegramda izləyin: @repostaz