Azərbaycanda baş tutan toy mərasimlərinin birində bəyin gəlinə qarşı aqressiv davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, təntənəli tort kəsmə mərasimində gəlin əvvəlcə bəyə tort verməyərək, onunla zarafat etmək istəyib. Gəlinin bu hərəkəti isə bəyi qəzəbləndirib və onun əlinə vuraraq, tortu yeməkdən imtina edib. Bəyin bu aqressiv davranışına görə gəlinin pərt olması isə diqqətdən yayınmayıb.
 
“Youtube”da 27 mindən çox baxış sayı toplayan bu video izləyicilər tərəfindən müzakirə mövzusuna çevrilib. Əksər sosial şəbəkə istifadəçiləri bu davranışına görə bəyi sərt tənqid edib. 
 
RePost.Az


Baxış sayı: 2230