““Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 42 000-ə çatıb”.
 
RePost.Az-ın  məlumatına görə, bunu Modern.az-a açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
 
“Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletlərlə bağlı indiyə kimi hansısa şikayətlər daxil olmayıb, buna əsas da yoxdur. Artıq yaxın məntəqələrdə, onlayn satışda insanlar öz istədikləri yerlərə rahatlıqla bilet ala bilərlər. Əvvəllər insanların istədikləri yerlər ilə bağlı müəyyən narazılıqlar olurdu. Bu da normaldır”.
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
 
Biletlərin qiymətləri:
 
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
 
Satış məntəqələri:
 
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
 
RePost.Az

Baxış sayı: 1987