Bakıda qanunsuz dollar dəyişən şəxs tutulub. 
 
RePost.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb. 
 
Onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub. 

Baxış sayı: 3352 | Tarix: 20.12.2016
Bizi Telegramda izləyin: @repostaz