Türkiyə İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”a görə 5 mərhələli “təcrid strategiyasının” tətbiqini müəyyən edib. 
 
Qadağalar bölgə əhalisinə deyil, yerli hökumətə tətbiq olunacaq. Həmin mərhələlər aşağıdakılardır:
 
- Heç bir görüş olmayacaq: İraqın şimalındakı yerli hökuməti ilə yanaşı, Barzani ailəsinin də görüşlə bağlı istəkləri nəzərə alınmayacaq. Barzani və heyətinin müxtəlif yollarla “bu bir kürd dövlətinin elan edilməsi deyil, Türkiyəyə qarşı deyilik” şəklində verdikləri mesajlar da “yox” hökmündə sayılacaq. Bölgə hökuməti xaosa səbəb olacaq “referendum” macərasından geri addım atmayanadək onlarla təmas saxlanılmayacaq.
 
- Ankara-Tehran-Bağdad xətti: Türkiyə, İran və İraq ortaq fəaliyyət planı hazırlayacaq. Hər ölkənin ayrı-ayrılıqda tətbiq etdəcəyi qadağalar uzlaşdırılacaq. Bölgə hökumətinə qarşı birgə beynəlxalq diplomatik fəaliyyət göstəriləcək.
 
- Havadan məhdudiyyət: Ən qısa zamanda Türkiyə ilə İraq arasındakı Habur sərhəd-keçid məntəqəsi bağlanacaq. İraqın şimalındakı yerli hökumətin başçısı Məsud Barzani və ailəsinin uçuşu üçün Türkiyə hava məkanı məhdudlaşdırılacaq. Bununla bağlı bütün uçuşlar üçün hava məkanının bağlanması variantı da masa üzərindədir.
 
- Qadağalar xalqa deyil, bölgə hökumətinə tətbiq ediləcək. İqtisadi qadağalar əhalinin həyatına təsir etməyəcək şəkildə tətbiq olunacaq. Gündəlik tələbat mallarının ticarətinə məhdudiyyət qoyulmayacaq. İraqın şimalı ilə Türkiyə arasında ticarət əlaqəsi mərhələli şəkildə dayandırılacaq. Hazırda bölgə xalqı gündəlik tələbat mallarına və dava-dərmana olan ehtiyacının 70 faizini Türkiyənin hesabına ödəyir. Neft nəqlinə məhdudiyyətin tətbiqi də gündəlikdədir. Mərkəzi Bağdad hakimiyyəti ilə anlaşanadək bölgənin nefti Türkiyə torpaqlarından axacaq.
 
- Türkmənlərə hərbi yardım: Hərbi variant ən son kart kimi masa üzərindədir. Kərkükdə “işlər oldu və başa çatdı” məsələsinə yol verməyəcəyik. Kərkükdəki türkmənlərə qarşı təzyiqlər baş verərsə, əvvəlcə İraqın Başika bölgəsində “peşmərgə”ni terrorçu DAİŞ qruplaşmasına qarşı təlimatlandıran 500-ə yaxın, sonra ölkə üzrə 2 minə qədər Türkiyə hərbçisi fəaliyyətə keçəcək.
 
RePost.Az

Baxış sayı: 3769