Türk Dil Qurumu (TDK) bəzi xarici sözlərin türkcə qarşılığını müəyyənləşdirib.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Sinan Kaçalin məlumat verib.
 
O bildirib ki, bundan sonra Türkiyədə "petrol" sözü "yer yağı", "doğal qaz"ın isə "yer qazı" kimi adlandırılması təklif olunub.
 
Bundan başqa, SMS sözü yerinə "qısa məlumat" və ya "qısa xəbər" işlənəcək.
 
Kaçalin buzlu meyvə sularından hazırlanan və "hyperloop" adlanan içkinin Anadoluda istifadə olunan "karsanbaç" kəlməsi ilə əvəzləndiyini bildirib.
 
Pərdəçilikdə istifadə olunan və artıq gündəlik dilə də keçən "store" kəlməsi isə "sarma pərdə" kəlməsi ilə əvəzlənib.
 
RePost.Az

Baxış sayı: 2086