16 yaşlı qız dünyaya gətirdiyi körpəsini evinin pəncərəsindən yerə atıb.

RePost.Az xəbər verir ki,  hadisə Türkiyənin Uşak bölgəsində baş verib.

Evdə tək olarkən  doğuş edən azyaşlı ailəsindən qorxduğu üçün uşağı tualetin pəncərəsində yerə atıb.

Həyətdə  ağlama səslərini eşidən qonşular polisə xəbər verib.  Hadisə yerinə gələn polis yeni doğulmuş körpəni divar dibində, ananı isə evdə qan içində tapıb.

Gənc ananın 18 yaşlı nişanlısından hamilə qaldığı bildirilib. Nişanlı cütlük polis tərəfindən nəzarətə götürülüb və haqlarında cinayət işi açılıb.


Baxış sayı: 2706 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz