İraq kürd muxtariyyətində keçirilən referendumun nəticələri ləğv oluna bilər. 
 
RePost.Az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi İraqın “Əş-Şərq-ol Vəsət” qəzetinə istinadən xəbər yayıb. Məlumata görə, İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraq prezidentinin müavini Əyyad Əlaviyə məktubla müraciət edib. O, Kürd muxtariyyətinin İraqdan ayrılmasını iki il ertələməyə və rəsmi Bağdadla dialoqa başlamağa hazır olduğunu bildirib. Məsud Bərzani İraqın federallaşması müqabilində hakimiyyətinin təklifləri ilə razılaşdığını bildirib. 
 
RePost.Az

Baxış sayı: 2782 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz