Bakıda kafedə kütləvi dava-dalaş olub.
 
RePost lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki “Dəli Kür” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.
 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Baxış sayı: 2687 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz