Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti,
Bakıda gecə 14-16°, gündüz 21-23° isti olacaq.
 
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 3121