Tikrit şəhərinin şimalındakı Əl Alam rayonundan İŞİD terrorçuları tərəfindən qaçırılan qadın xilas edilib.
 
RePost.Az BBC-yə istinadən xəbər verir ki. qaçırıldıqdan sonra bir qarajda saxlanılan qadın başına gələn dəhşətləri danışıb: “Bizi orada evlilər və subaylar olaraq iki yerə böldülər. Beş gənc qız var idi. Gözümüzün qabağında qızları zorladılar. Bir qızı 4 nəfər növbə ilə zorladı”.
 
N.B. İraqda İŞİD tərəfindən qaçırılan minlərlə qadından biridir. 2014-cü ildə terrorçular tərəfindən qaçırılıb. Sonra isə xilas edilib və başına gələnləri “BBC TURK”ə anladıb.
 
N.B. deyib: “1500 əsgərin qətlə yetirildiyi “Speicher” bazasından xilas olanların bəziləri evimizə gəldi. Bir neçə əsgərə qadın paltarı geyindirib yola saldıq. Bəzilərinə isə ərim şəxsiyyət vəsiqəsini verib yola saldı. İŞİD onları axtaranda bir əsgəri təndirin içinə soxdum. Təndirin içi isti idi, əsgər yansa da, səsini çıxarmadı. İŞİD terrorçuları gedəndən sonra onu oradan çıxardım və yola saldım”.
 
Təhlükəsizlik məqsədi ilə qadının adı çəkilmir və fotosu lentə alınmayıb. Şiə türkməni olan qadının əri sünni ərəbdir. Onun əri məscid axundu olub. Sonra isə İŞİD kəndə hücum edib: “Bəsrəli 3 şiə gənc var idi. Ərim onları məsciddə gizlətdi. Bir gün gecə saatlarında İŞİD gəldi. Bizim onlara kömək etdiyimizi başa düşdülər. Ərimi apardılar. Ərimdən xəbər ala bilmədim.
 
Ertəsi gün yenə gəldilər və evimizi bombaladılar. Onlardan biri mənə “Sən aşura keçirirsən, deməli imam Həsəni sevirsən. Biz bunun qisasını alacağıq”-dedi. Bizə buradan getməyimizi söylədilər. Mən iki övladım, müəllimlərlə birlikdə yola çıxdıq. Yolda İŞİD bizi saxladı. Ətrafdan topladıqları qadınlarla birlikdə bizi bir qaraja apardılar. Orada 18 qadın və gənc qız var idi. Bundan başqa 4 uşaq da orada idi. Qızları gözümüzün qabağında zorladılar. Bir qızı dörd nəfər növbə ilə zorladı. Onlardan ikisi bizim qonşu ərəblər idi. Onları tanıdım. Bizim oradakı bir sünni kəndin əhalisinin çoxu İŞİD-ə qoşulmuşdu”.
Qarajda 21 gün qalan qadın çox zəiflədiklərini, tez-tez huşsuz olduqlarını bildirir. Yeməyə heç nə verməyiblər. Zorlanan qızlar ölüb. İŞİD yaşlı bir adamı qadınlara nəzarətçi təyin edir. Terrorçular gedəndən sonra yaşlı adam qadınlara su verib. Uşaqlara isə keçi südü verib: “Sonra o adam gəldi və “sabah sizi aparacaqlar, buradan qaçın”-dedi. Bizi yola çıxardı və geri qayıtdı. Sonra isə bizə kömək edən adamı terrorçular qətlə yetirib”.
 
Qadın sağ qalanlarla birlikdə 5 gün səhrada yol gedib. Əllərinə keçən ot-ələflə qidalanıblar. Yolda müəllimin körpəsi də dünyasını dəyişib. Bir neçə gündən sonra isə Kərkükə çatıblar. Orada “Haşdi Şabi” qruplaşması qadınları xilas edib.
 
Qadın uşaqları ilə birlikdə Kərkükdə bibisinin yanına köçüb. Zorlanan qızı ailəsi qəbul etməyib.
 
Qadının oğlu hələ də danışa bilmir. Aldığı psixoloji zərbələr uzun müddət onun beynindən silinməyəcək.
 
RePost.Az

Baxış sayı: 3371 | Tarix: 10.10.2017
Bizi Telegramda izləyin: @repostaz