Metronun Nərimanov stansiyasında təxminən 20-22 yaşlarında olan gənc qız özünü qatarın altına atmaq istəyib. Hadisə bu gün 19 radələrində baş verib.
 
Yeniçağ.az xəbər verir ki, ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub. Gərgin olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.
 
Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.

Baxış sayı: 2345 | Tarix: 17.10.2017
Bizi Telegramda izləyin: @repostaz