Dünən teleaparıcı Vüsalə Kərimova tərəfindən “Maşın” şoudan kənarlaşdırılan reper Elşad Xose sosial şəbəkədə qalmaqallı paylaşım edib.
 
RePost.Az xəbər verir ki, reper İnstagram hesabında şouda baş verən bəzi məsələlərə toxunub. O, əvvəlcə izləyicilərinə və onu dəstəkləyənlərə minnətdarlığını bildirib.
 
Elşad Xose daha sonra qeyd edib ki, Vüsalənin onu oyundan çıxaracağına hazır olub:
 
“İstəmirəm ki, bəziləri sözlərimi başqa cür yozsunlar. Mən dönə-dönə dedim, qızlar var ki, bəzi kişilərə dəyərlər. Vüsalənin dünənki hərəkətinə hazır idim. Normal adam belə hərəkət etməzdi. Amma bu, oyundur, Allah özü bilən məsləhətdir”.
 
“Sadəcə, məni yandıran odur ki, bəziləri əlini çəkdiyi halda qalır, amma bəziləri səs yığaraq gedir. Əvvəl ekranda “getsin” yazılır, sonra dəyişdirilib “qalsın” olur. Əl çəkmələri də Murad məndən soruşanda, dedim özüm yox, tamaşaçılar görüb. Elin gözü tərəzidir. Allah sizi saxlasın! Halal edin!” – reper hesabında bildirib.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 21.10.2017
Bizi Telegramda izləyin: @repostaz