Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub. 
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib. İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
“18 BG 546” dövlət nömrə nişanlı “ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan  maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
 
Ağcabədi rayon Prokurorluğu və  FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.   Hadisə yerində  başqa şəxslərin olması  ehtimalı araşdırılır.
 
RePost.Az

Baxış sayı: 3523 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz