İş axtaran və evlilik proqramlarına qatılan qadınların içkilərinə həb atıb, çılpaq şəkillərini çəkərək onları fahişəliyə məcbur edən qrup üzvləri tutulub.

RePost.Az xəbər verir ki, araşdırmalarda qrupun evlilik proqramlarına qatılan qadınlarla, iş axtaran qadınları hədəf aldığı məlum olub. Xüsusən, evlilik proqramına qatılan qadınlarla sosial şəbəkə hesablarından əlaqə saxlanıldığı da üzə çıxıb. Özlərini müxtəlif peşə sahibi kimi təqdim edən şəxslərin evlilik vədiylə həmin qızlarla görüşdükləri aşkara çıxıb.

Qrup üzvlərinin ailələriylə tanış etmək bəhanəsi ilə evlərinə dəvət etdikləri qadınların içkilərinə yuxugətirici həb atıb yatan qadınların çılpaq şəkillərini çəkdikləri aydın olub. Bu fotoları "internetdə yayarıq" deyərək şantaj edən qrup üzvləri işgəncə verdikləri qadınları fahişəlik etməyə məcbur ediblər. Dəstə üzvlərinin qadınlardan birinin biləyini kəsdiyi, fahişəlik etmək istəməyən bəzi qadınları da meşəlik ərazilərdə döydükləri təsdiqini tapıb.

Polislər istintaq-axtarış tədbirindən sonra dəstə üzvlərinin əlinə düşən Özbəkistan əsilli I.S. (26) ilə 33 yaşlı U.S.-nı xilas ediblər. Daha sonra isə evlilik proqramına qatılan P.M.(20) cinayətkar dəstənin caynağından qurtarılıb.

Polis əməkdaşları cinayətdə əli olan Burak K. (26), Engin A. (26), Orhan G .(22) və adı açıqlanmayan daha bir şübhəlini tutub.

Cinayətkar dəstənin qurbanları arasında azərbaycanlı qadınların olub-olmadığı barədə  məlumat yoxdur.

İstintaq davam edir. (Milli.az)

RePost.Az


Baxış sayı: 5271 | Tarix: 28.11.2017
Bizi Telegramda izləyin: @repostaz