İran rejiminin Güney Azərbaycanda təşkil etdiyi Azərbaycan əleyhinə tədbirə Bakıdan da nümayəndə dəvət edilib.
 
RePost.Az-ın məlumatına görə, Nardaran hadisələrinin ildönümü ilə bağlı sabah Zəncanda təşkil edilən tədbirdə  “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri Tövhid İbrahimbəyli məruzə ilə çıxış edəcək. Bundan başqa tədbirdə Azərbaycan İslam Partiyasının üzvlərinin də qatılacağı gözlənilir.
 
Sözdə “Nardaran şəhidlərinin beynəlxalq anım mərasimi” adı altında keçiriləcək tədbirə Azərbaycandan başqa Livan, Yəmən, Fransa, İngiltərə, Nigeriya, Bəhreyn, İndenoziya və İraq dövlətindən də qonaqlar dəvət olunub. 
 
Xatırladaq ki, Nardaranda keçiriləmn əməliyyat zamanı dini radikalların hüquqü-mühafizə orqanı əməkdaşlarına atəş açması nəticəsinə 2 polis şıhid olub. Cavab atəçi ilə suilahlı dəstənin 4 üzvü məhv edilib, bir neçə nəfər həbs edilib. 
 
RePost.Az
 

Baxış sayı: 3409 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz