Güney Azərbaycanın Təbriz şəhəri, 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilməsinə rəğmən, şəhər buna hazır deyil. Bunun əsas səbəbi İran rejiminin Azərbaycan şəhərinə büdcə ayırmaması ilə bağlı olsa da, başqa problemlər də mövcuddur. 
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, son məlumata görə, “dilənçisiz şəhər” kimi tanınan Təbrizin son vaxtlarda dilənçilərlə dolması bir çoxlarında, hətta bəzi yerli məsullarda şübhə doğurur. Müəyyən şovinist qüvvələrin Azərbaycanın mədəniyyətini hədəfə aldığı guman edilir. Şərqi Azərbaycan Valisinin siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifərin  sözlərinə görə, dilənçilərin əksəriyyəti, Pakistan vətəndaşlarıdır. Onların sistemli şəkildə bu şəhərə gətirildiyi bildirlir.  Şöhrətifər şəhər sakinlərindən xahiş edib ki, dilənçilərə rast gələndə səlahiyətli qurumlara xəbər versinlər.
 
Təbriz Şəhərində dilənçilərin məsələləri üzrə fəaliyyət göstərən qurumun rəisi Əsməi, məsulların bu məsələ ilə bağlı lazımi tədbirlər gördüyünü bildirib. Onun sözlərinə görə, bir neçə pakistanlı dilənçilər tutularaq xarici vətəndaşların işlərinə baxan idarəyə təhvil verilib. O qeyd edib ki, bir dilənçi gündə təxminən 200 min tümən pul qazanır və onların əksəriyyəti 10-12 yaşlı qız uşaqlarıdır.
 
RePost.Az

Baxış sayı: 3428 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz