Sovet rəhbəri İosif Vissarionoviç Stalinin nəvəsi Yevgeni Cuqaşvili bu gün Moskvada vəfat edib.
 
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, küçədə özündən getmiş yaşlı kişini görən şəhər sakinləri təcili yardım çağırsalar da, Yevgeni Cuqaşvilini xilas etmək mümkün olmayıb.
 
Mənbənin bildirdiyinə görə, Stalinin nəvəsinin nəşi evinin yaxınlığında küçədə tapılıb.
 
80 yaşlı kişinin ölümünün səbəbi ekspertizadan sonra məlum olacaq.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz