Bakıda ata və oğlunun güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. 
 
RePost.Az Lent.az-a istinadla xəbər verir ki, əslən Göyçay rayonundan olan Vüsal Tanrıverdiyevin yeznəsini və onun atasını ailə münaqişəsi zəminində güllələdiyi məlum olub. Bildirilir ki, Vüsalın bacısı bir müddət əvvəl əslən Gədəbəydən olan Anar Rəsulovla ailə həyatı qurub. Zaman keçdikcə ailədə münaqişələr yaranıb. Nəhayət qadın ata evinə qayıdıb. O, ərinin və ailəsinin xoşagəlməz hərəkətləri barəsində danışıb. Bundan əsəbiləşən Vüsal Tanrıverdiyev tüfəng götürərək, yeznəsinin Ramana qəsəbəsindəki evinə gəlib. O, qapını döyərək Anarı çağırıb.
 
Lakin qarşı tərəf qapını açmayıb. Bunu görən Vüsal pəncərədən evin içinə atəş açıb. Nəticədə Anar Rəsulov və atası müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. V.Tanrıverdiyev tutulub.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz